31.01.2017 [10:20] - Gündəm, Mədəniyyət
“Azərbaycanfilm” kinostudiyası “Bizim kino günləri” layihəsini təqdim edəcək.
Kinostudiyadan verilən məlumata görə, layihə ilk dəfə 2016-cı ildə keçirilib. İlk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olub “Bizim kino günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanıb və Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.
Kinostudiyadan əlavə ediblər ki, “Bizim kino günləri 2017”-də son illərdə çəkilən “Qatil”, “Yarımçıq xatirələr”, İçərişəhər”, "Axınla aşağı", “Xeyirlə şərin rəqsi, “Dərs”, “Qırmızı bağ” filmləri nümayiş olunacaq.
Qeyd edək ki, layihə ilə bağlı fevralın 1-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |