Şrift:
Yevlaxda tapılan antik dövrə aid əşyalar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib
31.01.2017 [10:33] - Mədəniyyət
Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Şamil Nəcəfov ildirib ki, antik dövrə aid bir irihəcmli dəfn küpünün yanında və içərisində parç, vaza və kuzə tipli gil qablar, ləçək ağızlı kiçik küpələr, tuncdan qolbağı, sədəf və gildən muncuqlar tapılıb.

Aşkarlanan arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed