Şrift:
Türkiyənin milli müdafiə naziri bu gün Azərbaycana gəlir
12.10.2011 [16:13] - Gündəm
Səfər müdafiə naziri Səfər Əbiyevin dəvəti ilə gerçəkləşir

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlir. APA-nın Türkiyə Milli Müdafiə Nazirliyi katibliyinə istinadən verdiyi məlumata görə, oktyabrın 15-dək davam edəcək səfər Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti əsasında gerçəkləşir.

İsmət Yılmazın səfər çərçivəsində müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, baş nazir Artur Rasizadə, prezident İlham Əliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və digər şəxslərlə görüşü nəzərdə tutulub.

APA-nın əldə etdiyi məlumata görə, türkiyəli nazirin həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, həmçinin Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənovla görüşləri planlaşdırılır. Səfər çərçivəsində İ. Yılmazın başçılıq etdiyi heyət Müdafiə Sənayesi Nazirliyinin hərbi müəssisələrinə də baş çəkərək Azərbaycanın hərbi-sənaye potensialı ilə tanış olacaq.

Qeyd edək ki, bu, İsmət Yılmazın müdafiə naziri postunda Azərbaycana ilk səfəridir.
Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed