09.04.2012 [11:11] - Türk dünyası-Turan
MHP lideri Dövlət Bağçalı Fransa parlamentində qəbul edilən, ancaq Konstitusiya Şurasında rədd edilən "erməni soyqırımı"nı inkra görə cəza nəzərdə tutan qanunu Fransada sərt bir dillə tənqid edib.
Fransanın Metz şəhərində təşkil edilən, Fransa-Türk Federasiyasının 10-cu qurultayına qatılaraq, təxminən 10 min adamın qatıldığı qurultayda çıxış edib və sözü gedən qanunun "xoş məramlı olmadığını" və qanunun "əsassız və sayıqlama olduğu" fikrini dilə gətirib.
Türkiyə mediasının xəbərinə görə, Bağçalı Konstitusiya Şurası tərəfindən rədd edilən qanunun "böhtan və puç" olduğunu ifadə edib. "Erməni diasporu artıq ağıllanmalıdır" deyən MHP başqanə əlavə edib ki, Türkiyənin kimsədən öyrənəcək heç bir şeyi yoxdur.
Bağçalı deyib ki, Fransanın erməni diasporunun təbliğatına göz yumarkən, qanuna qarşı çıxan vətəndaşları cəzalandırmaq istəməsi azad düşüncəyə zidd bir vəziyyətdir.
Çıxışında Qərb ictimaiyyətində "İslami terror" ifadəsinin sıx bir şəkildə istifadə edilməsinə sərt reaksiya verən Bağçalı bildirib ki, "İslam ilə terror və İslam ilə terrorizmi eyni çərçivəyə oturtmaq səyində olanlar var və bu böyük bir səhvdir. Bağçalı deyib: "Özbaşlarına cihad edənlərə hamımızın etirazı var, amma müsəlmanla terroru yan-yana gətirmək səlib zehniyyətidir".
Çıxışı zamanı PKK-ya Avropada verilən dəstəyə qarşı çıxan Bağçalı bildirib ki, başqa coğrafiyada terroristlərə dəstək vermək səhvdir: "PKK Cudidə qan tökdü Parisdə ağırlandı. Yüksekovada qan tökdü, Avropada hörmətlə qarşılandı. Bütün bunlar qlobal planda terrorla mübarizəni çətinləşdirən ünsürlərdir".

Bu xəbər oxucular tərəfindən 1362 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |