Şrift:
Respublika yollarına 1000-dən artıq, Bakı şəhərinə isə 300-dən artıq texnika xidmət göstərir
01.02.2017 [11:51] - Xəbərlər, Sosial
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək məqsədilə gecə boyu, səhər saatlarında və hal-hazırda da işlər görülür.

Bu barədə ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hər hansı ərazidə problem olduqda həmin yerlərə dərhal ASC-nin müvafiq qurumlarının nümayəndələri göndərilir.

Həmçinin diqqətə çatdırılıb ki, Bakı-Sumqayıt, Bakı Dairəvi yolu, Yeni Yasamal və bu kimi digər problemli ərazilər öncədən nəzarətə götürülüb. Belə ki, 1000-dən artıq maşın-mexanizm respublika yollarında, Bakı şəhərində isə 300-dən artıq texnika xidmət göstərir.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed