01.02.2017 [12:10] - Gündəm, Sosial, Gənclik
Muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzindədir.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərin müzakirəsi zamanı səsləndirilib.
Əlamətdar və tarixi günlər münasibətilə gəclərin iştirakı ilə keçirilən tədbirlərdən, təşkil olunan ekskursiyalardan, intellektual oyunlardan ətraflı danışan fondun icraçı direktoru Məmməd Babayev qeyd edib ki, 2014-cü ilin aprel ayından başlayaraq Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları keçirilir. Buna uyğun olaraq, 2016-cı ildə 130 gəncin iştirakı ilə növbəti xarici dil kursları fəaliyyətə başlayıb. Kurslarda 9 muzey işçisi iştirak edib, onlardan 3-ü sertifikat alıb. 2016-cı ilin sentyabrında başlayan və hazırda davam edən kurslarda isə 58 nəfər pulsuz hazırlıq keçir.
Hesabat dövründə Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən yaradıcılıq müsabiqələrində muxtar respublika üzrə 1000-dən çox gənc iştirak edib, 100-ə yaxın gənc isə qalib seçilərək mükafatlandırılıb.
Məmməd Babayev qeyd edib ki, 2016-cı ildə muxtar respublika məktəblilərinin, sağlamlıq imkanları məhdud uşaqların və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində həftəsonu istirahətləri təşkil olunub. Layihədə 405 nəfər iştirak edib. Onların 315-i şagird, 45-i sağlamlıq imkanları məhdud, 45-i isə aztəminatlı ailələrin uşaqları olub. Muxtar respublikada kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaqda idman federasiyaları üzvlərinin də istirahəti təşkil edilib. Ümumilikdə, Gənclər Fondunun təşkilatçılığı ilə 2016-cı il ərzində keçirilən tədbirlərdə 8 mindən çox gənc iştirak edib, 476 gənc isə mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək fondun ötən dövrdəki fəaliyyətini təhlil edib, fəaliyyətin gücləndirilməsi istiqamətində ciddi səy göstərilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə fondun tədbirlər planı təsdiqlənib.

Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |