01.02.2017 [12:11] - Xəbərlər, Bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTI) “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsinə start verib.
BŞTİ-dən bildiriblər ki, 6-9, 10-14 və 15-18 yaşlı uşaqlar arasında təşkil edilən müsabiqənin birinci mərhələsi fevralın 1-dən 20-nə qədər ümumi təhsil müəssisələrində keçiriləcək.
Birinci mərhələdə fərqlənən rəsmlərin müəllifləri müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İkinci mərhələdə hər yaş qrupu üzrə üç qalib seçiləcək. Qaliblər müəyyənləşdirilərkən rəsmin mövzuya uyğunluğu, orijinallığı, üslubu və işin görülmə keyfiyyəti nəzərə alınacaq. Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, onlarda doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |