01.02.2017 [15:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tarixi-siyasi əhəmiyyətə malik sərəncamı Ermənistana növbəti xəbərdarlıqdır
“Artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına da başlanılıb. Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Kənd sakinləri bunu böyük məmnuniyyətlə qarşılayırlar. Sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Biz qısa müddətdə bu kəndi yenidən quracağıq. Bunun böyük tarixi əhəmiyyəti var... Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq”.
Bu fikirləri yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev söyləyib. Dövlət başçısı qeyd edib ki, Cocuq Mərcanlıda infrastruktur bərpa olunmalı, tibb məntəqəsi, uşaq bağçası tikilməlidir. İlk mərhələdə 50 ev bərpa olunacaq, gələcəkdə 100 və daha çox ev tikiləcək və kənddə iş yerləri açılacaq.
Prezident İlham Əliyevin yanvarın 24-də bununla bağlı imzaladığı sərəncama əsasən, fərdi yaşayış evlərinin və müvafiq infrastrukturun tikilişi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq dörd milyon manat ayrılıb. Dövlət başçısının məlum sərəncamı hər kəsin sevincinə səbəb olub. Siyasətçilər isə hesab edirlər ki, Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirib. Bu həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır.
Azərbaycanın növbəti zəfəri
Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında dövlət başçısı tərəfindən sərəncamın verilməsi alqışlanmalıdır: “Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib-qurulacaq. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bunun bariz bir nümunəsidir. Bunu Azərbaycanın növbəti zəfəri kimi dəyərləndirirəm. İnanıram ki, bütün torpaqlarımız işğaldan azad olunacaq”.
Ziyafət Əsgərov Dağlıq Qarabağın statusu məsələsinə də toxunub. Bildirib ki, münaqişənin həlli məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. O ki qaldı, Dağlıq Qarabağın statusu məsələsinə, bu, müzakirə obyekti ola bilər. Yəni, Dağlıq Qarabağa muxtar respublika statusu verilməsi mümkündür. Amma bu müzakirə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır: “Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz. Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ əvvəl də muxtar vilayət olub. Əgər həqiqətən, onlar bu məsələnin həllini istəyirlərsə, biz onlara ancaq ən yüksək status - muxtariyyət statusu verə bilərik. Müstəqillikdən isə söhbət gedə bilməz”.
Ermənistan bu hadisəni faciə ilə qarşılayır
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirib ki, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı işğalçı ölkəyə bir mesajdır: “Aprel döyüşlərində Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində strateji əhəmiyyəti olan yüksəkliklər bizə keçib və o ərazi tam təhlükəsizdir. Əvvəllər ermənilər həmin ərazilərə atəş aça bilərdisə, bu ərazilərin işğaldan azad edilməsi nəticəsində onlar indi bunu edə bilmirlər”.
Eldar İbrahimovun sözlərinə görə, dövlət başçısının sərəncamı əsasında tarixi torpaqlarından çıxarılan vətəndaşlarımız öz yurd-yuvalarına tam təhlükəsiz şəkildə qayıda biləcəklər. Ermənilər də görəcək ki, Azərbaycan imkanlarından istifadə edərək torpaqlarında quruculuq işləri aparır, insanlar öz evlərinə qayıdır: “Bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş torpaqlarını geri qaytaracaq və vətəndaşlarımız öz yurd-yuvalarına dönüb orada yaşayacaqlar. Bu, Böyük qayıdışın başlanğıcıdır və düşmən tərəf bu hadisəni faciə ilə qarşılayır. Mən ATƏT-in toplantısında olarkən orada olan erməni deputatlarına dəfələrlə sual verərək bildirdim ki, ərazilərimizi işğal etmisiniz, niyə həmin ərazilərdə heç kim yaşamır? Çünki onların orada yaşamağa adamları yoxdur. Hazırda İrəvanın özündə belə, erməni azalıb. Düşməndə işğal xəstəliyi var. Düşünürəm ki, Ali Baş Komandanın göstərişi ilə haqq-ədalət yerini tutacaq. Torpaqlarımız sülh yolu ilə alınmasa, hərbi yolla geri qaytaracağıq”.
Aprel zəfərinin məntiqi davamı
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, parlamentdə Ağdam şəhər seçicilərinin təmsilçisi Bəxtiyar Əliyev də hesab edir ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezident İlham Əliyev tərəfindən ilkin olaraq 4 milyon manat vəsaitin ayrılması və məcburi köçkünlərin öz doğma torpağına dönüşü Dağlıq Qarabağa qayıdışın bir əlamətidir. Bəxtiyar Əliyev bildirib ki, bu sərəncam bir daha Azərbaycan Prezidentinin siyasi iradəsini göstərir: “Bu, Azərbaycan Ordusunun aprel zəfərinin məntiqi davamı, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verilən növbəti mesajdır”.
Deputat deyir ki, bundan sonra belə sərəncamların sayı onlarla olacaq. Çünki ötən ilin aprelində baş verən hadisələr Azərbaycan dövlətinin, Silahlı Qüvvələrinin üstünlüyünü, Ermənistanın yaratdığı “qələbə” mifinin boş bir şey olduğunu bir daha sübut etdi: “Azərbaycan öz vətəndaşlarının qorunması üçün bütün istiqamətlərdə iş aparır. Bu prosesdə, siyasətdə dövlət başçısının fəaliyyəti göz önündədir. Prezident İlham Əliyevin daim Azərbaycan xalqının mənafeyindən çıxış etməsi, vətəndaşların mənafeyinin qorunması üçün apardığı gərgin fəaliyyət hər bir sahədə özünü göstərir”.
Bu sərəncam bütün məcburi köçkünlərə xoş mesaj oldu
Milli Məcliin İnsan hüquqları komitəsinin üzvü, parlamentdə Xankəndi seçicilərinin təmsilçisi Flora Qasımova isə deyir ki, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı imzaladığı sərəncam insanlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb və bu, Azərbaycan vətəndaşlarının ürəyindən keçən arzunun reallaşması deməkdir: “İllərdir xalqımızın gözü Qarabağa gedən yoldadır. Hər kəs doğma torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir. Aprel döyüşlərindən sonra böyük qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əminlik yarandı. Azərbaycan Prezidentinin cəsarətli, qətiyyətli mövqeyi ortadadır. Bütün çıxışlarında dövlət başçısı qətiyyətlə vurğulayır ki, Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək və ərazi bütövlüyümüz heç vaxt danışıqlar mövzusu ola bilməz. Torpaq məsələsində düşmənə güzəşt olmayıb, olmayacaq da. Həm aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət, həm də cənab Prezidentin qətiyyətli mövqeyi bizdə əminlik yaradır ki, böyük qələbə yaxındadır”.
Flora Qasımova qeyd etdi ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın tez-tez təmas xəttində yerləşən rayonlara səfər edib əsgərlərlə, orada yaşayan sakinlərlə görüşmələri hər zaman böyük ruh yüksəkliyi yaradır. İnsnlar, hərbçilər Ali Baş Komandanı yanlarında gördükdə qürur duyur, böyük sevinc hissi yaşayırlar. Bu dəfə isə dövlət başçısının məlum sərəncamına ən çox sevinən Cocuq Mərcanlı kəndinin sakinləri oldu. Çünki Azərbaycanın 21 rayonunda məskunlaşan bu kəndin əhalisinin illərdir ki, həsrətində olduqları gün yetişdi: “Hər kəs sevinir və bu qayıdış digər məcburi köçkünlərə doğma torpaqlarına tezliklə qayıdacaqları ilə bağlı xoş mesaj oldu. Mən buna inanıram. İnanıram ki, gün gələcək cənab Prezident Şuşa, Laçın, Ağdam, Xankəndi, Xocalı və digər şəhər və rayonlarımızın bərpası ilə bağlı da sərəncamlar verəcək və Azərbaycanın ərazi bütöblüyü təmin olunacaq. O gün uzaqda deyil”.
Dövlət başçısının söylədikləri əməldə də özünü doğruldur
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyevin fikrincə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam sübut etdi ki, dövlət başçısının söylədikləri əməldə də özünü doğruldur. Sərəncamın böyük əhəmiyyət daşıdığını deyən deputat qeyd edib ki, bu həm daxili, həm də xarici auditoriyanın böyük marağına səbəb olub: “Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, əgər beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməsələr, biz digər vasitələrlə torpağımızı azad edəcək, vətəndaşlarımız da öz yurd-yuvalarına qayıdacaqlar. İndi də artıq bir kəndin bərpa edilməsi onu göstərir ki, bu istiqamətdə ilkin addım atıldı”.
Deputatın sözlərinə görə, aprel döyüşləri zamanı ermənilərin Azərbaycan Ordusunun qarşısında dayana bilməməsi faktı bir daha göstərdi ki, ölkəmiz öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır: “Biz bir addım da geri çəkilməyəcəyik, əksinə, hər zaman irəli gedəcəyik. Cocuq Mərcanlı kəndinin bərpası irəli atılan addım kimi qiymətləndirilməlidir”.
Fərəc Quliyev vurğulayıb ki, Cocuq Mərcanlı kəndinin sakinlərinin tarixi torpaqlarına qayıtması həm də dünyaya bir mesajdır: “Dövlət başçısı hərbi şəhərciyin açılışında da qeyd etdi ki, kimsə Dağlıq Qarabağın müstəqil olması haqqında düşünürsə, bunu unutsun. Əhalimiz öz evlərinə qayıdacaq. Erməni tərəfi də görür ki, Azərbaycan həm iqtisadi, həm də hərbi imkanlarını artırmaqdadır. Dünyada qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz ərazilərini işğaldan azad edib, onları bərpa etmək əzmindədir. Düşmən bizim torpaqlarımızdan nə qədər tez çıxsa, bir o qədər ona yaxşıdır. Gələcəkdə bizim qaldıracağımız 144 milyard dollarlıq təzminat var. Əks halda, Ermənistan məğlub olma aktını imzaladıqdan sonra dağıtdıqları Azərbaycan ərazilərini özləri bərpa etmək məcburiyyətində qalacaq. Bu, yaxın gələcəyin işidir və buna heç kimin şübhəsi yoxdur. Ermənistanın arxasında dayanan ağalarına da məlum oldu ki, Azərbaycan geri çəkilmək fikrində deyil, fəaliyyətini əməldə də göstərir. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncamı zamanında verilibdir”.

Rəşad BAXŞƏLİYEV, /“Azərbaycan”
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |