09.04.2012 [11:51] - Hüquq
İrəvan məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərə 10 ildən 14 ilədək həbs cəzası kəsilib
Ermənistanda Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham olunan şəxslərin barəsində neçə vaxtdır davam edən məhkəmə prosesi yekunlaşıb. İrəvan məhkəməsinin qərarına görə, ittiham olunan şəxslər Karen Mehrabyan, Romik Matevosyan və Aşot Çtrkyan 10 ildən 14 ilə qədər həbs cəzası alıblar.
“Kavkazskiy uzel” xəbər verir ki, bu şəxslər üzərində məhkəmə ötən il dekabrın 5-də başlayıb. Casusluqda təqsirləndirilən 3 nəfərlik şəbəkənin rəhbəri kimi K.Mehrabyan göstərilir. Ermənistan hüquq-mühafizə orqanları iddia edir ki, bu ölkə vətəndaşı olan həmin ermənilər Türkiyədə olarkən Azərbaycanın xüsusi xidmət agentləri tərəfindən “verbovka” ediliblər. Onlara Ermənistan ordusu və Qarabağdakı hərbi birləşmələr barədə məlumatlar toplamaq təklif edilib. Bu əməkdaşlığın əvəzində ermənilərə pul verilib.
İstintaq bildirir ki, təqsirləndirilən şəxslər Ermənistan ordusunun və Qarabağdakı erməni birləşmələrinin komanda heyəti, hərbi texnika və digər məsələlər barədə məlumatlar toplayaraq ötürüblər. Lakin məhkəmə prosesi zamanı məlum olub ki, ermənilər bu məlumatları açıq mənbələrdən, əsasən internetdən əldə ediblər. Təqsirləndirilən şəxslər isə vətənə xəyanət ittihamını qəbul etməyərək deyiblər ki, onlar Türkiyədə əməkdaşlıq etdikləri şəxslərin Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları olduqlarını bilməyiblər və onları hansısa xarici QHT-nin nümayəndələri kimi tanıyıblar.
Azərbaycan tərəfi Ermənistanda aparılmış istintaq və məhkəmə prosesi barədə şərh vermir. Bundan əvvəl də Ermənistanda Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham olunan şəxslər mühakimə olunub.

Bu xəbər oxucular tərəfindən 1370 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |