Şrift:
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb
02.02.2017 [10:44] - İqtisadiyyat
Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 3,521 mlrd. dollar və ya 36,32% azalaraq 2016-ci ildə 6,174 mlrd. dollar təşkil edib.

Ticarət dövriyyəsinin müsbət saldosu 2,079 mlrd. dollar və ya 54,6% azalaraq ötən il ərzində 1,729 mlrd. dollar olub. Hesabat ilində Aİ ölkələrinə ixracda illik 41,47%, idxalda isə 24,5% azalma qeydə alınıb.
Ölkə üzrə cəmi ixracın 43,22%-i, idxalın isə 26,04%-i məhz bu ölkələrin payına düşüb.
Bildirək ki, Aİ ölkələri arasında ixracda əsas yeri İtaliya tutub. İtaliyaya ixrac illik müqayisədə 30,8% azalaraq ötən il ərzində 1,560 mlrd. dollar, idxal isə 43,38% azalaraq 332,186 mln. dollar təşkil edib. Ölkə üzrə cəmi ixracın 17,06%-i, idxalın isə 3,89%-i İtaliya ilə həyata keçirilən əməliyyatların payına düşüb.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed