Şrift:
Bakıda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçiriləcək
02.02.2017 [10:50] - Xəbərlər, Mədəniyyət
Mayın 22-dən 24-dək Bakıda "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu keçiriləcək.
Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə qayğı və diqqətini göstərmək və insanların bu sahədə olan biliklərini daha da yüksəltməkdən ibarətdir.
Simpoziumda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək. Məruzələr kitab şəklində nəşr edilərək kitabxana və simpozium iştirakçılarına paylanacaq.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed