02.02.2017 [10:51] - Mədəniyyət
Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə "Kağız qəbir" adlı film çəkilib.
Bu barədə AYB-in mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri, şair Xəyal Rza məlumat verib. O bildirib ki, ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı 90 dəqiqəlik filmin üzərində son tamamlama işləri aparılır. Ekran əsərində baş rolları kastinq yolu ilə seçilmiş aktyorlar - Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.
Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən filmin fevralın 18-də Nizami Kino Mərkəzində qala-gecəsi keçiriləcək, 17-də isə Bakı Dövlət Universitetində nümayiş olunacaq. Fevralın 25-də filmin Ankarada türk ictimaiyyəti qarşısında təqdimatı nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |