Şrift:
İrəvanda Türk texnikumu – NADİR VƏSİQƏ – FOTO
02.02.2017 [10:53] - Qərbi Azərbaycan-İrəvan
“Kolleksiya” layihəsində növbəti materialımız Sovet Ermənistanı dönəminə aid bir vəsiqədir.
Bildiyimiz kimi, 1937-ci il Konstitusiyasına qədər tarixi Azərbaycan ərazilərində yaşayan bizlərin milli kimliyi Türk olaraq bilinirdi. Bu önəmli fakt tarixi Azərbaycan torpaqlarında, o zamanlar Sovet Ermənistanı adlanan ərazidə yerləşən rəsmi qurumlara aid sənədlərdə də özünü göstərirdi.
Kolleksiyamızda yer alan, 1935-ci il fevralın 25-də Mustafayev Teyyub adlı şəxsə verilmiş vəsiqədə də erməni dili ilə yanaşı türk dilində bu sözlər yazılıb: “Ə.S.Ş.C Xalq Torpaq Komissarlığı. Erivan. Türk Kənd T.Texnikumu”.
Xatırladaq ki, 1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun Türk bölməsi fəaliyyətə başlayıb, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Türk Kənd Təsərrüfatı Texnikumuna çevrilib.
Turkustan.info teleqraf.com-a istinadən İrəvan Türk Kənd Təsərrüfatı Texnikumuna aid olan nadir vəsiqəni təqdim edir:

İrəvanda Türk texnikumu – NADİR VƏSİQƏ – FOTO
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed