09.04.2012 [12:19] - Xəbərlər
Valentina Matviyenko: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi dünyadakı nüfuzunu göstərir”
“Həmkarımla parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyik.
Biz əməkdaşlığın yeni formaları üzərində düşünürük, çünki dövlətlərimizin liderlərinin münasibətləri, onların qarşılıqlı anlayışı bizim qarşımızda bu əlaqələri daha yüksək səviyyəyə çıxarmaq vəzifəsi qoyur. Dialoq ən yüksək siyasi səviyyədə çox fəal inkişaf edir, parlamentlər əlbəttə ki, geridə qalmamalıdır və əməkdaşlığın genişlənməsinə yardımçı olmalıdır”.Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, regionları birləşdirən palatanın sədri kimi regionlararası əlaqələrin inkişafına da xüsusi önəm verdiyini söyləyib: “Bu, çox vacibdir. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin Azərbaycanın müxtəlif rayonları və şəhərləri ilə əlaqələri var. Bu sahədə böyük potensial mövcuddur və sona qədər istifadə olunmayıb. Rusiya və Azərbaycan parlamentləri bu əməkdaşlığa şərait yaratmaq, onun hüquqi zəminini möhkəmlətmək məqsədilə hər şeyi etməlidir”.
V. Matviyenko Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsinə şad olduqlarını bildirib. Onun fikrincə, bu, iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı üçün də yeni imkanlar açır: “Əksər məsələlər üzrə bizim mövqelərimiz ya üst-üstə düşür, ya da yaxındır. Azərbaycanın Təhlükəsizlik Şurasında iştirakı bir çox beynəlxalq məsələnin həllində əməkdaşlığımıza imkan yaradacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi faktı Azərbaycanın dünyadakı nüfuzunu göstərir”.

Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |