02.02.2017 [11:00] - Xəbərlər, DAVAMın yazıları
General Hacı Zeynalabdin Tağızadə Azərbaycanda ən hörmətli kişi idi. İstənilən məclisdə görünəndə, yaxud bir yerə qonaq gedəndə ordakıların hamısı yerindən qalxırdı və general əlini kiməsə öpüşə uzadırdısa, həmin adam özünü şərafətlənmiş sayırdı. Generalın ağzından çıxan hər söz ölkədə qanun idi və bütün kəndçilər, fəhlələr, qaçaqlar, hətta ən iyrənc neft sahibkarları da ona ali bir varlıq kimi hörmət bəsləyirdilər. Generalın bu cür şan-şöhrətə necə çatması sirdir. Doğrudur, o öz xalqına bir həbsxana, bir məktəb, bir teatr və bir məscid tikdirib, amma bunu digər neft sahibkarları da edirdi axı. Varlılardan biri olsa da, o, ölkədə heç də ən varlı adam deyildi və bir dəfə də döyüş meydanında olmadan general çinini daşıyırdı. Ona bu şəkildə kütləvi hörmət bəslənməsinin səbəbi, görünür, o idi ki, işlərini əksərən təmiz aparırdı, savadsız olsa da, Şərqin ən müdrik insanı sayılırdı. General Tağının kübar keçmişindən söhbət gedə bilməzdi. Gəncliyində eşşək yedəkçisi olmuşdu ki, sonradan da bu, asta-asta sarvan peşəsinə keçməliydi; çeşidli neft alveri ilə məşğul olaraq, axırda öz sərvətinin özülünü qoymaq ona müyəssər oldu ki, həmin sərvət də müəyyən həcmə qədər artdı. Bir gün oturub pullarını saydı və gördü ki, az qala qırx milyona çatıb. Belə olanda o, xalqın və cəmiyyətin rifahına xidmət edən işlərdən başqa qalanların hamısını ləğv etdi. Bir ədəd teatr, bir ədəd toxuculuq kombinatı, bir məktəb və sosial dəyərli digər şeylər tikdirdi ki, bunlar da ona müqəddəslik şöhrəti qazandırdı. Yazıb-oxumağı bacarmırdı, amma müəyyən qəbul saatları vardı ki, həmin saatlarda o, arzu edən hər kəsə çox ağıllı həyati məsləhətlər verirdi. Yaşlı çağında bir də evlənmək qərarına gəldi ki, bu da onun şan-şöhrətini xeyli artırmalıydı. Zira bu yaşda bir daha evlənən kişiyə Şərqdə Allahın sevimlisi kimi baxırlar. Onun zövcəsi hələ on səkkizini haqlamamış gömgöyçək bir çərkəz qızı idi. General Tağının qızdan ikiqat yaşlı olan oğulları vardı ki, bunun özü də elə ona şərəf gətirən bir amil idi. Toy oldu, gəlin Avropa sayağında generalın sarayına gətirildi və təzə bəylə gəlin xoş günləri şərq aqilliyinin bütün qaydaları ilə yaşamağa başladı.
Amma tezliklə fəlakət qapını döydü.
Generalın böyük oğlunun knyaz Behbudov adlı bir süd qardaşı vardı, süd qardaşlığı çox yaxın qohumluq dərəcəsi sayıldığından həmin Behbudov bu evə sərbəst gəlib-gedirdi. Knyaz Behbudov gözəl və gənc idi, qardaşların sevimlisinə çevrilmişdi. Onun gənc xanıma vurulması, yaxud qadının knyazdan xoşu gəlməsi, yəqin ki, heç vaxt araşdırıla bilməyəcək. Bəlkə də bu hadisənin heç önəmli bir səbəbi də olmamışdır, yoxsa gənc xanım generalın sevimli zövcəsi kimi qala bilməzdi. Fakt faktlığında qalır ki, günlərin birində bu müdrik azərbaycanlı knyaz Behbudovu öz otağına çağırtdırdı. Onların arasında gedən söhbəti mən burda sözbəsöz vermək istəyirəm.
- Necəsən? - General soruşdu.
- Yaxşı, - knyaz cavab verdi.
- Gözümün içinə bax.
- Buyurun.
Bu vaxt general ayağa qalxıb bildirdi:
- Həmişə sənin xeyirxahın olmuşam, indi mənə yamanlıq edib gəc baxırsan. - Sonra o, üç kərə əlini əlinə vurdu və silahlı nökərlər otağa daxil oldular. Aqil general Hacı Zeynalabdin Tağızadə nökərlərə işarə verib buyurdu. - Onun sünnətini dibindən kəsin!
Sonra baş verənləri təsvir etmək çətindir. Knyaz böyürürdü. Aqil general söyürdü. Silahlı nökər-naib çörək verən ağanın sözlərinə əməl edirdi. Generalın oğlu süd qardaşının köməyinə gəldi, ancaq döyülüb qovuldu. Sanki möcüzə nəticəsində knyaza müyəssər oldu ki, pırtıb əldən çıxsın və pillələrlə aşağı cumsun; burda ona yenidən hücum çəkdilər, ancaq o, küçədə dayanmış qoçularının diqqətini özünə çəkə bildi. Davada iştirak etmək fürsətini qaçırmaq istəməyənlərin qarşısını camaat kəsdiyinə görə knyazı kişilik şərəfi döyüşündən sürüyüb çıxarmaq mümkün oldu. Bununla öz mənasını itirmiş dava isə xalis məşq kimi hələ bir-iki saat da çəkdi.
Generalın knyazın kişiliyinə qarşı təcavüzünün baş tutub-tutmaması dəqiq müəyyənləşdirilə bilmədi. Elə həmin gün Behbudovu qohumları Parisə yola saldılar ki, buradan da o, bir daha Azərbaycana dönmədi. Özünün yaralanması və həmin yaranın müalicəsi barədə də hansısa bir ifadə verməkdən həmişə çəkindi.
İş məhkəməyə düşdü, özü də Rusiya məhkəməsinə, çünki knyaz Rusiyanın təbəəsi, general da bütün rus ordenlərinin daşıyıcısı, Həqiqi Rus Gizli Müşaviri idi. Əvvəlcə generalı həbsxanaya salmaq istədilər, amma sonra fikirləşdilər ki, bu, baş tutmaz, çünki həbsxananı o özü tikdirmişdir və həbsxana bir növ onun şəxsi mülkiyyətidir. Rusiyanın ən yaxşı vəkilləri indi, rus mətbuatının generalı adlandırdığı kimi, “azərbaycanlı axtaçı”nı müdafiə edirdilər. Buna baxmayaraq kişinin işi xeyli dolaşığa düşmüşdü, zira həmin olay Peterburq hakimləri üçün təkcə qəddar bədən xəsarəti yox, həm də Behbudovlar knyaz sülaləsinin, Qafqazın ən kübar, ən ruspərəst knyazlarının eşidilməmiş rüsvayçılığı demək idi.
Bu böhran zamanı general öz katibinə çarın ünvanına bir məktub diktə etdi. Məktubda söhbətin nədən getdiyi bəlli deyil. Hər halda general öz müdrikliyini burada bir daha sübuta yetirdi, çünki çar məktubu alan kimi “Əlahəzrət General Tağının” əleyhinə məhkəməni dayandırmağı və məsələyə Behbudovlar ailəsinin şərəfinə toxunmamaq kimi yanaşmağı şəxsən əmr etdi. O vaxt çarın sözünün hələ qiyməti vardı. Behbudovların şərəfi xilas edildi. Həmin hadisədən sonra Azərbaycanda generalın hörməti daha da artdı.
Bu hörmətli, yanımcıl və aqil generalın Məmməd adlı bir oğlu vardı, o mənim yaxın dostlarımdan biri idi və Şərqin indiyə qədər görmədiyi dəhşətli qan selinin birbaşa səbəbkarı oldu. Məmməd qəribə oğlan idi, neft sahibkarlarının evladları arasında tez-tez rast gəlinən bir hal. O, pəndəm, xumar idi və təbii ki, həyatdan doymuşdu. Məmmədin məktəb yaşı çatanda general qərara aldı ki, oğlu nəsə öyrənsin. Bu vaxta qədər uşağın yeganə məşğuliyyəti divar kağızlarını albalı mürəbbəsi və alma cemi ilə yağlamaq olmuşdu. Dostumla rəftara nə ingilis, nə fransız, nə də alman müəllimi üçcə gündən artıq tab gətirə bilmirdi. Onun təhsili ilkin mərhələdə ilişib qalmışdı. Axır ki, generalın ağlına gerçəkdən də çox dahiyanə bir fikir gəldi.
- Gərək məktəbə gedəsən, - Məmmədə dedi.
Bu da ona çoxlu bəhanələr gətirməli oldu. Onun fikrincə Azərbaycanda hər məktəbin kölgəli tərəfi vardı. Yabançı qurumlara isə çılğın nifrət bəsləyirdi. General öz cücərtisinə diqqətlə qulaq asdı, sonra götür-qoy etdi və axırda çağdaş arxitekturaya malik, müasir Avropa pedaqogikasının bütün tələblərinə uyğun bir məktəb tikdirdi. Bugün həmin məktəbin odalarında Azərbaycanın ilk universiteti yerləşir.
Məmməd məktəbə getdi, pis də oxumadı, təvəzökarlaşdı və melanxoliyaya qapıldı. 1918-ci ildə, rus inqilabından azca sonra məktəbi buraxıb məşhur “Vəhşi Diviziya”nın zabiti oldu, bu diviziyanın həsrətini mən də çəkirdim (o vaxt mən Məmməddən beş yaş kiçik idim). “Vəhşi Diviziya” Azərbaycanın ən adlı-sanlı ailələrinin nümayəndələrindən təşkil olunmuşdu və onunla ad çıxarmışdı ki, üzvləri (həm zabitlər, həm də əsgərlər) döyüşdə təkcə süngü, xəncər və digər silahlarla vuruşmurdular, həm də dişləri ilə düşmənin boğazını xüsusi bir cəldliklə üzməyi bacarırdılar.
Məmməd bu diviziyaya daxil oldu. Əyninə gözəl bir mundir geyinib bir neçə həftə küçələrdə dolaşdı və hələlik bu mərtəbəyə çatmamış dostlarının hamısında həsəd duyğularını coşdurdu. Axırda kiçik bir yuvaya, öz bölüyünə çəkildi. Aradan bir neçə həftə keçdi, sonra xəbər gəldi ki, o, qızıl suyuna çəkilmiş, daş-qaşla bəzədilmiş tapançası ilə özünü vurmuşdur. Dəfn, təbii ki, Bakıda olmalıydı və təpədən-dırnağa silahlanmış “Vəhşi Diviziya” öz zabitinə son ehtiram göstərmək üçün makinalı tüfənglərin və səhra toplarının müşayətində şəhərə yollandı.
Şəhər kənarında, öndə dediyim kimi, rus ordusunun qalıqları yerləşirdi. Daşnaklar şəhərdə erməni hərbi dəstələri yaradırdılar. Fəhlə qəsəbələrindən olan kommunistlər, ermənilər və gürcülər, müharibə və inqilab nəticəsində güclü demoralizə olmuş rus əsgərlərinin təsiri altında sonucsuz qalmayan ciddi təbliğat aparırdılar. Cır-cındır içində, lakin yetərincə silahlanmış rus döyüşçüləri tezliklə küçələrdə peyda oldular. Onlar acgözlüklə neft sahibkarlarının mülklərinə baxır, meyxanalarda içib keflənir, kapitalistləri ucadan söyür və kommunist rəhbərlərdən biri - erməni Şaumyan, yaxud gürcü Caparidze - yanlarından ötəndə “Yaşa!” deyib böyürürdülər. Neft sahibkarlarının bir ovuc keşikçiləri tərfindən qorunan şəhərdə isə hələlik nisbi sakitlik hökm sürürdü. Öz qoşunlarını yaradan erməni millətçiləri - knyaz Andronik və Styopa Lalay - vəhşiləşmiş rus dəstələrini birtəhər Rusiyaya qaytarmağa ciddi-cəhdlə çalışan hökumətin daxili işlərinə qarışmırdılar. Elə bu vaxt “Vəhşi Diviziya”, ölkənin yeganə xalis müsəlman ordusu, şəhərə Məmmədin dəfninə gəldi. O, şəhər sınırlarının içində yerləşdirildi və beləliklə, ermənilər və ruslarla yanaşı neft məmləkətinin üçüncü hədəsinə çevrildi...
P.S. Bu yazı mühacir yazıçımız Məhəmməd Əsəd Bəyin “Şərqdə neft və qan” adlı əsərindən götürülüb.

Bu xəbər oxucular tərəfindən 1595 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |