Şrift:
Azərbaycanlı rəssamın əsəri Rumıniyada nümayiş olunur
03.02.2017 [10:21] - Mədəniyyət
Rumıniyanın paytaxtı Buxarest şəhərinin İncəsənət Qalereyasında “Altaylardan Balkanlara Türk Dünyası” adlı rəsm sərgisi açılıb.
Sərgidə TÜRKSOY və Balkan dövlətlərini təmsil edən rəssamların 30-a yaxın əl işi nümayiş etdirilir.
Azərbaycan sərgidə rəssam Rəşad Mehdiyevin “Çanaqqala düşüncələri-3” tablosu ilə təmsil olunur. Dünyanın 27 ölkəsinin 100-dən çox şəhərində nümayiş olunan sərgi ziyarətçilərə türk dünyası ilə yaxından tanış olmağa imkan yaradır.
TÜRKSOY, Türkiyənin Rumıniyadakı səfirliyi və “Yunis Əmrə İnstitutu” Buxarest Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi fevralın 5-dək davam edəcək. Qeyd edək ki, sərginin açılış mərasimində Türkiyə, Azərbaycan və Qazaxıstanın Buxarestdə akkreditə olunan səfirləri də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed