09.04.2012 [12:52] - Mədəniyyət
“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının ildönümündə Ziyalılar Forumu bir qrup redaktorla görüş keçirib. Görüşdə ölkə mediasının vəziyyəti və forumla media arasındakı qarşılıqlı məsələlər müzakirə olunub.
“Molla Nəsrəddin” jurnalının ilk sayı 1906-cı il aprelin 7-də çıxıb. Ziyalılar Forumunun redaktorlarla görüşü 2012-ci il aprelin 7-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirilib.
“Azadlıq” radiosunun məlumatına görə, görüşdə yazıçı Əkrəm Əylisli deyib ki, “Molla Nəsrəddin”də 106 il əvvəl yazılanlar hələ də aktuallığını itirməyib. O, “Molla Nəsrəddin”ə görə Cəlil Məmmədquluzadəyə qarşı təzyiqlərdən danışıb. Hətta din xadimlərinin Mircə Cəlilin ölümünə fitva verildiyini bildirib: “Jurnal çıxandan sonra ilk reaksiya Tiflisin baş mollasından gəlib. O, adamları yığıb deyib ki, siz bu jurnala 3 şahı 1 abbasi pul verib evə aparmaqla allahsızlığa yol verirsiz. Siz bu kafir jurnalını almayın. İkinci reaksiya Bakının qazisindən gəlib. O da deyib ki, “Molla Nəsrəddin” haramdır, onu oxuyanlar da cəhənnəmlikdir. 3-cü reaksiya isə Nəcəfdən gəlib. Mirkazım adlı molla deyib ki, naxçıvanlı Mirzə Cəlilin qətli vacibdir və bunu edən hər bir müsəlman çox böyük iş görmüş olar. 4-cü reaksiya isə “Kommunist” qəzetindən olub. Yazıçı Əli Vəliyev 1926-cı ildə məqalə yazır ki, “Molla Nəsrəddin” islah edilməlidir, çünki onun nə əqidəsi bizim əqidə ilə düz gəlir, nə də dili. 5-ci reaksiya da Türkiyədən gəlib. Sultan Həmid Rusiyanın Türkiyədəki səfirinə tapşırıb ki, o jurnaldan bu ölkəyə bir dənə də gəlməsin, gəlsə, səni qovacam. Bütün bu təzyiqlər ona həqiqəti yazdığına görə olub. Tarix fırlandıqca Mirzə Cəlilin gördükləri daha da aşkara çıxır”.
Riyaziyyatçı alim Rafiq Əliyev bildirib ki, “Molla Nəsrəddin”in obyekti cəmiyyət idi, o, cəmiyyəti dəyişmək istəyirdi. Rafiq Əliyev qeyd edib ki, bu gün də ölkədə “Molla Nəsrəddin” ənənələrini yaşadan jurnalistlər var. Ancaq o, bəzi qəzetlərin birtərəfli mövqe tutub ya iqtidarı, ya da müxalifəti müdafiə etməsini də qınayıb.
Şair Ramiz Rövşən adamların yalana öyrədildiyini deyib. O, insanların yalana öyrədilməsini cəmiyyətin ən böyük bəlası adlandırıb: “Yalana qarşılıqlı öyrəşmə gedir. Bu, ədəbiyyatda da, cəmiyyətdə də gedə bilər və gedir də. Yazıçı yalanla oxucunun beynini zəhərləyir. Sonra oxucu da o yalanlara uyğunlaşır. Oxucu daha artıq yalan istəyir. Belə-belə başlayırlar bir-birinin əxlaqını pozmağa. Yalan şirin olur, yalan bizim heysiyyətimizi sığallayır. Fikrimcə, öz düşməni haqqında belə şər və böhtan deyən şərəfsizdir. Biz avtomobil də minirik, avropalıların çoxundan da yaxşı geyinirik, amma içimizdəki o feodal düşüncə, nadanlıq hələ də qalıb. Həm də məlum olur ki, bizi bu günə qoyan “minbərdəkilər” deyilmiş. İçimizdəki xurafatı, nadanlığı ancaq dinimizin adına yazmaqla razı deyiləm. Bütün bəlalar yalandan gəlir. Yalançı ədəbiyyatdan, yalançı elmdən və sair”.
Mediada, cəmiyyətdə baş alıb gedən yalanlara keçmiş deputat Gültəkin Hacıyeva da münasibət bildirib. Onun fikrincə, Mirzə Cəlilin 106 il əvvəl “Molla Nəsrəddin” jurnalını yaratmaqda məqsədi tək olan həqiqəti tapmaq idi: “İngilis dilində iki artikl var - müəyyənlik artikli və qeyri-müəyyənlik artikli. İngilis dilində “yalan” sözü həmişə qeyri-müəyyənlik, “həqiqət” sözü isə müəyyənlik artikli ilə yazılır. İngilislər bunu belə izah edirlər ki, yalan saysız-hesabsızdır, amma həqiqət həmişə birdir. Ona görə də bu söz müəyyənlik artikli ilə yazılır”.
Amma Gültəkin Hacıyevanın “İqtidar qəzetlərində çox dəyərli insanlar tanıyıram ki, onlar ailəsini dolandırmaq üçün yalan yazan qəzetlərdə işləməyə məcburdurlar” deməsi etirazla qarşılanıb. “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, belə insanlara dəyər verməyin əleyhinədir.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev də həmkarını müdafiə edib. O, mətbuatın yalan yazmaq kimi öhdəliyi olmadığını deyib.
Elçin Şıxlı qeyd edib ki, Cəlil Məmmədquluzadə ənənələrini hazırda birbaşa karikatura şəklində Azərbaycan mediasında tapa bilmirik: “Vaxtı ilə qəzetlərdə çalışan karikaturaçı rəssamlar ölkəni tərk edib, yaxud indi sürücülük edirlər. Hazırda qəzetlərdə rəssamlara rast gəlmək mümkün deyil. Bu ənənəni davam etdirmək çətin məsələdir. Siyasi karikatura çoxlarının xoşuna gəlmir, qəzetlər səhifəsində mütəmadi olaraq buna yer verə bilmir”.

Bu xəbər oxucular tərəfindən 4836 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |