Şrift:
“Yarımçıq xatirələr” filmi ilə bütün kinoteatrlarda
03.02.2017 [10:31] - Gündəm, Mədəniyyət
Bu gündən etibarən "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yarımçıq xatirələr" bədii filminin nümayişinə başlanılır. Elxan Cəfərovun hərbi-vətənpərlik mövzusunda lentə alınan yeni filminin nümayişi Nizami Kino Mərkəzində, "Park Cinema", "CinemaPlus" kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq.

Qeyd edək ki, gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və "Azərbaycanfilm" kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdu.

Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.
Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed