Şrift:
Avtobusları idarə etmək hüququna dair yaş hədləri ilə bağlı YENİ TƏLƏB
03.02.2017 [10:47] - Sosial
Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib.
Bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yaşdan yaranıb. Əsasnaməyə edilən dəyişikliyə əsasən yaş həddi çərçivəsi 26 yaşdan 65 yaşadək müəyyənləşdirilib.
Xaptırladaq ki, “DE” qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobillərdir. Müvafiq tələb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunda əksini tapıb. “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə bu tələbin tətbiqinə başlanacaq.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed