Şrift:
Azərbaycan idmançıları İtaliyada keçirilən beynəlxalq turnirdə medallar qazanıblar
03.02.2017 [15:34] - İdman
İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi “Alpe Adrea” beynəlxalq turnir keçirilib.

Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən mindən artıq cüdoçu mübarizə aparıb.

İki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticələr qazanıblar. Hacı Musayev, Naim Hüseynov 55 və 81 kiloqram çəki dərəcələrində qızıl, Tofiq Məmmədov və Samir Məmmədov 60 və 81 kiloqram çəki dərəcələrində bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed