Şrift:
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi “Zəfər” mükafatına layiq görülüb
03.02.2017 [15:37] - İdman
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 2016-cı ilin yekunlarına əsasən, “İlin təşkilatçısı” nominasiyasında “Zəfər” yüksək idman nailiyyətləri beynəlxalq mükafatına layiq görülüb.

Əməliyyat Komitəsindən bildiriblər ki, nominasiya 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinə görə təqdim olunub.

Mükafatı Əməliyyat Komitəsinin direktor müavini Joana Qolas qəbul edib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 1-dən 14-dək Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 176 ölkədən idmançılar iştirak ediblər. Bu göstərici FIDE tarixində yeni rekord olub.
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed