Şrift:
Nəqliyyat sahəsində bir sıra problemləri həll etmək üçün sürücü bazası yaradıla bilər
03.02.2017 [15:38] - İqtisadiyyat
Nəqliyyat sahəsində bir sıra problemləri həll etmək üçün sürücü bazası yaratmaq lazımdır.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

O bildirib ki, araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də həllini tapmamış problemlər var.

M.Abbasovun sözlərinə görə, son zamanlar baş verən yol nəqliyyat hadisələri bir çox daşıyıcıların istehsalat bazasının olmamasını göstərir. Bu, avtobusların texniki baxışının, sürücülərin tibbi müayinəsinin həyata keçirilmədiyini göstərir.

M.Abbasov qeyd edib ki, bəzi daşıyıcılar hətta 8 saat əvəzinə 14-15 saat sürücüləri çalışdırır. Bu kimi halların aradan qaldırılması üçün sürücü bazası yaradılmalıdır.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed