Şrift:
Şuşadan film hazırlanır- “Qafqazın Konservatoriyası”
09.04.2012 [15:32] - Mədəniyyət
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi bu gün erməni işğalı altında olan Qarabağın tacı Şuşa şəhəri ilə bağlı “Qafqazın Konservatoriyası” adlı ingilis dilində qısametrajlı sənədli film çəkəcək.

Bu barədə acıqlama verən layihənin rəhbəri, Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov vurğulayıb ki, film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanacaq: “Biz bu filmin hazırlanmasında komanda şəklində bütün səylərimizi birləşdirərək çalışacağıq. Filmdə məqsəd Şuşa şəhərinin tarixi haqqında zəngin musiqi, digər mədəni sahələri, dünya şöhrətli musiqi xadimləri eyni zamanda gözəl təbiəti, işğal nəticəsində dağıdılmış qiymətli abidələri və s. haqqında sujetləri hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Erməni təbliğat maşını guya Şuşanı “ermənilərin mədəniyyət” mərkəzi kimi riyakarlıqla bu gün təqdim etməyə çalışır, heç bir faktlara söykənməyən saxtakarlıqılarla dünya ictimaiyyətin çaşdırmağa səy göstərirlər. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısının alınması istiqaqmətində kiçik də olsa töhvəmizi vermiş olarıq. Hazırda Şuşa şəəhrinin YUNESKO tərəfindən Azərbaycanın tarixi musiqi şəhəri kimi qeydiyyat alınması istiqamətində iş gedir. Bu baxımdan düşünürük ki, layihənin gerçəkləşməsi eyni zamanda bu proseslə üst-üstə düşür. Ona görə də bütün bunlar vəzifə borcumuzdur”.
Bu xəbər oxucular tərəfindən 1535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed