04.02.2017 [10:19] - Gündəm, Borçalı
ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsun Gürcüstana səfəri başa çatıb. Tbilisidən Moldovaya gedən ATƏT rəsmisi səfərin yekunlarına dair bəyanatla çıxış edib.
O deyib ki, ATƏT-in sədri kimi, fəaliyyəti dövründə, münaqişə regionlarındakı insanların yaşayış şəraitinin yaxşılaşmasına çalışacaq. Bu, qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Avstriyanın xarici işlər naziri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün əlindən gələni edəcəyini bildirib.
S.Kurts bildirib ki, Avstriyanın quruma sədrliyi dövründə bu regionlardakı insanların həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həllində ATƏT-in iştirakının gücləndirilməsi və münaqişə tərəfləri arasında dialoqun yaxşılaşdırılması əsas prioritetlərdən olacaq.
Qeyd edək ki, Sebastian Kurts fevralın 3-də Gürcüstanın Prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşlər keçirib. ATƏT-in sədri Şavşvebi rayonunda məskunlaşmış məcburi köçkünlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |