Şrift:
"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb
04.02.2017 [09:26] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Açılış oyununda autsayder AZAL lider "Qarabağ"ı qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, ilk qolu meydan sahibləri vurub. 7-ci dəqiqədə əks-hücum nəticəsində Rəşad Abdullayev AZAL-ı hesabda irəli çıxarıb. Lakin "təyyarəçilər" ilk yarının uzatma dəqiqələrində azlıqda qalıb. Baş hakim Orxan Məmmədov "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin yıxıldığı epizodda Sadio Tounkaranı günahkar bilərək, ona ikinci sarı vərəqə göstərib və meydandan kənarlaşdırıb.
Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar. 60-cı dəqiqədə Maksim Medvedev, 63-cü dəqiqədə Coşqun Diniyev fərqlənərək, "Qarabağ"ın qələbəsini təmin edib. Bununla da xallarını 36-ya çatdıran Ağdam komandası liderliyini davam etdirib. AZAL isə 8 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, "Qarabağ" bu görüşə cəzalı Riçard Almeyda və oyun öncəsi zədələnən kapitan Rəşad Sadıqovun yoxluğunda çıxıb. 23-cü dəqiqədə isə Dani Kintana zədələnərək, meydanı xərəkdə tərk edib.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed