04.02.2017 [11:49] - Xəbərlər, Hüquq
Türkiyədə terrorla əlaqədar həbs edilən Mardin şəhər bələdiyyəsinin keçmiş sədri, sabiq deputat Əhməd Türk məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.
Elazığ həbsxanasında saxlanılan keçmiş deputatı yaxınları və partiyadaşları qarşılayıblar. Əhməd Türk səhhətində problemlərin olduğunu deyib.
Mardin məhkəməsi sabiq deputatı ölkəni tərk etməməsi və nəzarətdə olması şərti ilə azad edib. O, ötən il noyabrın 21-də saxlanılmış və üç gün sonra barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Əvvəlcə Silivri təcridxanasında saxlanılan Əhməd Türk sonradan Elazığ həbsxanasına köçürülmüşdü.

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |