Şrift:
"Kaş öləydim, bu günləri görməzdim"
09.04.2012 [16:55] - Türk dünyası-Turan
Bunu dövlət çevrilişində suçlanan Türkiyənin keçmiş prezidenti Kənan Evren deyib

“Allah mənə bu qədər ömür verməyəydi. Kaş ki öləydim, bu günləri görməyəydim”. Türkiyənin 7-ci prezidenti Kənan Evren yaxınlarına məhz belə deyib. Keçmiş prezident cəlb olunduğu məhkəmə prosesində qarşı tərəfin vəkillərinin “Şahidlər qəfəsə salınıb mühakimə edilsin” deməsindən sonra belə bir fikir səsləndirib.

Qeyd edək ki, Türkiyə məhkəməsi 1980-ci il hərbi çevrilişində şübhəli bilinən 2 yüksək rütbəli şəxsin istintaq müddətində həbs olunması tələbini rədd edib. Məhkəmə Türkiyənin 7-ci prezidenti, general Kənan Evren və Hava Qüvvələrinin keçmiş komandiri, general Tahsin Şahinkaya barəsində ölkəni tərk etməməklə bağlı qərarı yetərli hesab edərək, onların həbs olunması tələbini qəbul etməyib. İttiham olunan şəxslər - Kənan Evren və Tahsin Şahinkaya səhhətlərindəki problemlərlə əlaqədar məhkəmədə iştirak etməyiblər.

P.S. Türk millətinin qurtuluş dastanı "Ərgənəkon" adını terror əməliyyatına qoymaqla Amerikanın əlaltısı olan AKP tərəfindən türk millətçilərinə qarşı açılmış savaş davam edir....Türk milləti hələ susur....
Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed