Şrift:
Vətəndaşdan muzeyə hədiyyə
04.02.2017 [11:55] - Gündəm, Mədəniyyət
Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan Muzeyin Etnoqrafiya elmi fond şöbəsi daim yeni materiallarla zənginləşir.

Muzeydən "Olaylar" - a verilən məlumata görə, bu günlərdə Muzeyə yeni etnoqrafik material - XIX əsrə aid təmbəki kisəsi təqdim olunub. Kisənin atlası sarı rəngli ipəkdəndi, yerliyi isə göy rəngli atlas parçadandı. Üzərinə güləbatın və ipək saplarla gül-çiçək arasında yerləşən quş rəsmlərindən ibarət tikmə salınıb.

Kisə Bakı şəhəri sakini Qabulova Elmira tərəfindən Muzeyə təqdim olunub və dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed