Şrift:
Türkiyə Kubokunda bütün 1/4 finalçılar müəyyənləşib
06.02.2017 [10:19] - İdman
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin son görüşləri keçirilib.
İkinci oyun günündə diqqətlər "Beşiktaş" - "Fənərbağça" qarşılaşmasına yönəlib.
İstanbul derbisinin taleyini 72-ci dəqiqədə qonaq komandadan Robin van Persinin qolu həll edib. Həmin vaxt meydan sahibləri 41-ci dəqiqədə Duşko Toşiçin meydandan qovulması üzündən sayca azlıqda olub. Toşiç məhz Van Persini vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Bununla da "Fənər" əzəli rəqibini 34 il sonra Türkiyə Kubokunda üstələməyi bacarıb.
Günün digər oyunlarına gəldikdə, "Akhisar" evdə "Gümüşhanespor"u 3:1, "Kasımpaşa" "Osmanlıspor"u 1:0, "Konyaspor" "Umraniyespor"u 2:1 hesabı ilə yenib.
İlk oyun günündə "Sivasspor", "Kayserispor", "Rizespor" və "Başakşehir" də mərhələ adlayıb. 1/4 final və yarımfinal mərhələlərinin püşkü fevralın 7-də atılacaq.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed