Şrift:
Prezident Şuşanın Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb
10.04.2012 [11:29] - Xəbərlər
Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda və ölkənin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlər keçirilməsi nəzərdə tutulub.

Sərəncamda, həmçinin Azərbaycan Prezident Administrasiyasına Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirilməsi tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed