06.02.2017 [10:25] - Xəbərlər, DAVAMın yazıları
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur.
Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik.
VIII HİSSƏ
Yazının əvvəlini bu linkdən oxuyun
Papenin hesabatında adı çəkilən Şükrü Yenibaxçalı, sonradan Oğuz soyadını götürən Əhmət Şükrü Oğuzdur... 1881-ci ildə anadan olan Şükrü Yenibaxçalı “İttihadçı” kimi tanınan zabitlərdəndir. Mayor rütbəsi ilə ordudan istefa verərək ilk Böyük Millət Məclisinə İstanbuldan millət vəkili seçilir. O, 1953-cü ildə dünyasını dəyişir.
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında kifayət qədər məlumat vermişik.
Əsl adı Zəki Vəlidov olan Zəki Vəli Toğan 1890-cı ildə Başqırdıstanda anadan olub. Kazan universitetində müəllimlik edib. 1914-cü ildə rus parlamentinə seçilib. Bolşevik inqilabından öncə və sonra tatarlar və digər müsəlman qrupları ilə bağlı siyasi araşdırmalar edib. 1920-ci ildə Başqırdıstanın dövlət başçısı olub. Bolşeviklərin təqibindən sonra Türkiyəyə köçərək İstanbul universitetində tarix professoru kimi fəaliyyətə başlayır. Ancaq müəyyən səbəblərdən uzun müddət Türkiyədən kənarda yaşadı. Atatürkün ölümündən sonra yenidən Türkiyəyə qayıtdı. 1944-cü ildə irqçilik və Turançılıqda itiiham edilərək həbs edildi. 1970-ci ildə İstanbulda vəfat etdi.
Əhməd Cəfəroğlu 1889-cu ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Gənc vaxtlarında Azərbaycanın müstəqilliyi üçün fəaliyyət göstərən təşkilatlara üzv olur. Rusların Azərbaycanı işğal etməsindən sonra Türkiyəyə köçərək İstanbul universitetinin ədəbiyyat fakültəsində təhsil alır. 1926-29-cü illərdə Almaniyada türkologiya sahəsində araşdırmalar aparır.Yenidən Türkiyəyə döndükdən sonra İstanbul universitetində ədəbiyyat fakültəsində dosent kimi fəaliyyətə başlayaraq 1938-ci ildə professor adı alır.1973-cü ildə təqaüdə çıxır və 1975-ci ildə vəfat edir.
Cəfəroğlu Türk dilinin mükəmməl araşdırmaçılarından biri kimi tanınır.
Məmduh Şövkət Esendal 1883-cü ildə Çorluda anadan olub. Gəncliyində İttihad və Tərəqqi Partiyasında fəaliyyət göstərib. İstanbul işğal edildikdə xaricə qaçır. Birinci TBMM-nin ilk orta elçisi kimi Azərbaycanda fəaliyyət göstərdi. 1925-ci ildən sonra vətənə qayıtdı. Bir müddət İstanbulda jurnalist və müəllim kimi fəaliyyət göstərdikdən sonra İranda, Əfqanıstanda və Sovetlər Birliyində səfir oldu. 1940-cı ildə yenidən siyasətə döndü. Millət vəkili olmaqla yanaşı CHP-nin Baş katibi də oldu. 1952-ci ildə Ankarada rəhmətə gedən Esendal məşhur hekayə yazarı idi.
Məhəmməd Əmin Rəsulzadə 1911-12-ci illərdə Azərbaycanda Müsavat adlı siyasi partiyanın qurucusudur. Azərbaycan Demokratik Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən bir müddən sonra gizli yolla ölkəni tərk edir və sonrakı faəliyyətlərində Pan-Türkçü hərəkatlarına qatılır.
Hüseyn Hüsnü Erkilet Birinci Dünya Müharibəsi və Qurtuluş Savaşınada iştirak edən bir generaldır...
Hüsrev Gerede Türkiyənin Berlindəki səfiridir. Onun keçmişi hərbiçi olub. Balkan müharibəsində iştirak edib. Sonralar Atina səfirliyində hərbi attaşe kimi çalışıb. Birinci Dünya Müharibəsində Şərq cəbhəsində döyüşən Gerede, həm də Qafqaz Oruduları Hərəkatının şöbə müdiri olub. Qafqaz Sülf Konfransının da işltirakçısı olub . Kazım Qarabəkir və Mustafa Kamalın qərargahında xidmətedib. 1962-ci ildə rəhmətə gedən Gerede başda Berlin olmaqla bir çox ölkədə səfir olub...
Gerede Almaniyanın Xarici İşlər Nazirliyinin müşaviri Veizsackerlə avqustun 5-də Berlində görüşür. Ona belə bir təklif edir: “Rusiyadakı Türk qəbilələri vasitəsilə anti-sovet təbliğat aparmaq mümkündür”.
Veizsacker həmin gün Ribbentropa yazdığı 994 saylı yazıda belə bir dəyərləndirmə edir:
“Gerede... Açıq şəkildə Qafqaz xalqlarını gələcəkdə bufer bir dövlətdə birləşdirəcəklərini söylədi və Xəzərin şərqində müstəqil bir Turan dövlətinin quralacağını da üstüörtülü şəkildə dedi. Gerede bunları hansısa söz xatirinə demədi, çünki Əli Fuadın (Erden) Von Papenə dediklərinin də tamamilə eyni sözlər olduğuna görə, xüsusi vurğuladıqları məqamlar heç də təsadüf deyil.
Gerede bütün Bakının Türk dilində danışdığını dedikdə problemin üstünə əl qoyur.”
Nazirliyin müşaviri bu yazını bir nüsxəsini də Türkiyədəki səfirləri Von Papenə göndərir...
Və Von Papen Mürsəl Paşa ilə görüşür.
Mürsəl Bakı Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəbhəsində döyüşüb. Həmçinin də Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun rəhbərliyində təmsil olunurdu. General Mürsəl Bakı Papenə Çakmak ilə görüşdüyünü və almanların Qafqaza planladıqları hücum vaxtı Türk ordusundakı Azərbaycan əsilli zabitlərə icazə verilməsini təklif edir.
Nasist Almaniyasının nümayəndəsi kimi Turançılıq məsələləri ilə xüsusi məşğul olan Hentiq də Dr. Harun adında bir türklə görüşür.
Dr. Harun marşal Çakmakdan mesaj gətirmişdi: “Türklər lazım olan silahları əldə edərlərsə, İrandan Bakıya doğru hərəkət edəcəklər. Doğrudan da Qafqaza hansısa hücum müzakirə mövzusu ola bilməz. İrandakı ingilsilər buna qarşı olmazlar. Ancaq ruslar dirənir. ”
Heintiq Dr. Harun ilə etdiyi söhbətin raportunu 1942-ci il yanvarın 1-də nazirliyə göndərir.
Həmçinin Dr. Harun bir müddət öncə, yəni, 1941-ci il 25 noyabrında Marşalın mesajını Hentigə aparır:
“Turançılıq məsələsi Türkiyə və Almaniya arasında münasibətlərin qurulmasında önəmli bir mövzu ola bilər. Hərbi əsirlər arasında təbliğat aparmaq üçün əmrinizə adamlar verə bilərik.”
Bu arada Hitler Almaniyasının Turançılıq məsələsindən məsul olan şəxs Hentiqlə Hüseyn Hüsnü Erkilet məktublaşırlar.
Türkiyədə onu gözləyirlər. Ancaq Hentiq Almaniyada türklər tərəfindən xəbərdar edilir: “Getməsəniz yaxşıdır”.
Erkilet noyabrın 10-da Heintigə yazdığı məktubda Türkiyiyəyə niyə gəlmədiyini soruşur. Heintig də 1941-ci il noyabrın 17-də Erkiletə cavabında onların münasibətlərinə ona “beşinci qol” damğası vura biləcəyindən qorxduğunu yazır.
Yuxarıda yazdığımız kimi, general Erkilet və Əli Fuad Erden Almaniyaya gedib orada rus cəbhəsini görmüşdülər. Qeyd edək ki, Almaniya səfəri zamanı onları Heintig müşaiyət etmişdi. Beləcə, dost məktubları bir müddət gedib gəlir. Məktublar xüsusi kuryerlər vasitəsi ilə göndərilirdi. Heintigin kuryeri iş adamı Vəli Menger idi.
Erkilet 1941-ci il noyabrın 27-də yazdığı məktuba belə başlayır:
“Vəli Menger ilə mənə göndərdiyiniz 17 noyabr tarixli məktuba dostyana sətirlər...”
Erkilet Heintigə “Beşinci qol” narahatlığı ilə bağlı belə bir cavab verir:
“Siz bizilər üçün əsla beşinci qol yox, bir dost, həm də dəyərli bir dostsunuz”.
Erkilet həm də Heintigə iki türkün adını verir. Bunlar Müstecib Fagil və Erdige Kamaldır: “Müstecib vəkil olmaqla yanaşı, eyni zamanda da bir yazardır. Vaxtilə prokuror da işləyib. Edige də yaxşı təhsil görmüş bir gəncdir. Hər ikisi də Kırımlıdır. Sizdən etibar etdiyimiz bu iki dostumuzu Kırıma göndərməyinizi və orada Türk-Alman mənfəətləri üçün istifadə etməyiniz xahiş edirəm”.
Von Papen isə Dr. Refik Saydamandan sonra Xarici İşlər naziri olan Şükrü Saracoğlu ilə 27 avqust 1942-ci ildə görüşür. Mövzu Sovetlər Birliyində yaşayan türklərlə bağlı idi. Müzakirə zamanı Saracoğlu “bir türk olaraq Rusiyanın yox edilməsini” istədiyini söyləyir. Almaniya Qafqazı işğal edərsə Türkiyənin orada yaşayan türklərin vəziyyətləri ilə bağlı maraqlanması təbiidir.
Son
Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |