Şrift:
ABŞ: "İranın çox az vaxtı qalıb"
10.04.2012 [12:40] - Siyasət
Ağ ev Tehrana xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı tələblərinə cavab vermək üçün vaxtı məhduddur. “İranla Qərb arasında danışıqlar üçün vaxt sonsuz deyil”, - Ağ evin mətbuat katibi Cey Karni bildirib. Onun sözlərinə görə, bununla belə, diplomatik nizamlama üçün hələ kifayət qədər vaxt var və İstanbulda gözlənilən danışıqlar mühüm əhəmiyyət daşıyır.

Cey Karni qeyd edib ki, Tehran bütün dünyanın BMT-nin İran tərəfindən pozulan qərarlarını yerinə yetirdiyini anlamalıdır: “Bizim mövqeyimiz aydındır. İran beynəlxalq öhdəliklərini yerinə yetirməli və uranın zənginləşdirilməsini dayandırmalıdır”.

Ötən gün İranın atom enerjisi agentliyinin rəhbəri Firudin Abbasi bəyan edib ki, İran yalnız öz ehtiyacları üçün uranı 20 faizədək zənginləşdirəcək. Məlumatı İRNA dövlət agentliyi yayıb.
Bu xəbər oxucular tərəfindən 1408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed