Şrift:
Millimizin sərbəst güləş üzrə dünya kuboku yarışlarındakı rəqibləri müəyyənləşib
07.02.2017 [10:18] - Gündəm, İdman
Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 6-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə “B” yarımqrupunda yarışacaqlar.

Fevralın 16-da yarımqrup, bir gün sonra isə final görüşləri keçiriləcək.

Ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed