Şrift:
Metropoliten rəsmisi: “Dini ləvazimatlar metroda yox, dini mağazalarda satılmalıdır”
10.04.2012 [13:18] - Xəbərlər
Bakı Metropolitenin giriş-çıxış yerlərində olan ticarət obyektlərində İslam dininə aid atributların satışına rəhbərlik tərəfindən yazılı şəkildə rəsmi qadağa qoyulmayıb.

Bu barədə Bakı Metropalitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.

Bununla belə o, Bakı Metropolitenin giriş-çıxış yerlərində olan ticarət obyektlərində İslam dininə aid atributların satışının əleyhinə olduğunu deyib:
“Mən Bakı Metropolitenin giriş-çıxış yerlərində İslam dininə aid əşyaların satılmasının əleyhinəyəm. Çünki metro ilə gündə minlərlə insan hərəkət edir. Bunlarında hamısı eyni niyyətli, eyni dinli, irqli insanlar deyil. Məsələn, metroda satılan Quran yaxud da İslam dininə dair kitablara, dua kitablarına alan da baxır, almayan da. Axı insanların hamısı eyni deyil. Bütun bunları nəzərə almaq lazımdır. Biz eşitmişik ki, müqəddəs Qurani-Kərimə dəstnamazsız əl vurmaq olmaz”.
Bakı Metropolitenin rəsmisi bildirib ki, İslam dininə aid atributları metro stansiyalarının giriş-çıxış yerlərində yox, dini mağazalarda satılmalıdır.

Xeyli vaxtdır Bakı Metropolitenin stansiyalarında, keçidlərdə İslam dininə dair atributların satışı yığışdırılıb.

Mail Ağaxanov
Bu xəbər oxucular tərəfindən 1755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed