Şrift:
Çində havanın çirklənməsi ilə mübarizə üsulu: şaquli meşələr
08.02.2017 [11:19] - Sosial
Havanın çirklənməsinin çox yüksək səviyyədə olduğu Çin bu vəziyyətə qarşı maraqlı bir layihəni həyata keçirməyə hazırlaşır. Belə ki, Çində havanın çirklənməsinə qarşı mübarizə məqsədilə böyük həcmdə oksigen istehsal edən meşəyə bənzəyən, hündür qüllələr inşa olunacaq.

Çinin Nanjing şəhərində inşası planlaşdırılan, “Nanjing qüllələri” adlanan iki yüz və yüz metrlik iki qüllənin inşasında 23 növdə 2500 koldan və 1100 ağacdan istifadə ediləcək.

“Nanjing qüllələri” dünyada üçüncü, Asiyada isə ilk şaquli meşə olaraq tarixə düşəcək. Belə ki, oxşar qüllələr bundan əvvəl İtalyanın Milan, İsveçrənin isə Lozanna şəhərində tikilib.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed