Şrift:
Tehran rejimi Pınar adlı yayın evinin müdürü Şərifə xanım Cəfəri məhkəməyə çağırıb
10.04.2012 [14:02] - Güney Azərbaycan xəbərləri
Tehran, Kərəc və Zəncanda fəaliyyət göstərmiş olan,Tehran rejimi Pınar adlı yayın evinin müdürü Şərifə xanım Cəfəri məhkəməyə çağırıb. Şərifə xanım son illərdə onlarla türk dilində kitab (Ərəb və latın əlifbasında) çap edib."Pınar" yayınevi tərəfindən çap olan kitablara bütünlüklə İran Mədəniyyət Nazirliyi tərəfidən razılıq alınmışdır. "Pınar" yayinevinin icazəsi 6 ay öncə İran Mədəniyyət Nazirliyi tərəfindən durdurulmuşdur. Sonda isə Şərifə xanım Cəfəri pantürkizm və umumi asayışı pozmaq ittihamları ilə məhkəməyə çağırılmışdır.
Bu xəbər oxucular tərəfindən 1592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed