Şrift:
Fərəc Quliyev: “Metsamor” AES Rusiyanın təhdid vasitəsidir (video)
08.02.2017 [12:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev dünən İctimai televiziyanın “Diqqət mərkəzində” verilişinin qonağı olub. Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhlükənin müzakirəsinə həsr edilmiş proqramda, deputat Ermənistanın ciddi seysmiq zonada yerləşməsi və hətta 12 bal gücündə zəlzələnin baş verməsi faktı qarşısında, 8 bal gücündə zəlzələyə davamlılığı olan bir AES-nın mövcudluğunun və həmin stansiyanın istifadə müddətinin artıq 2001-ci ildə başa çatmasına baxmayaraq, istifadənin 2026-ci ilə qədər uzadılmasının, eyni zamanda ermənilərin həmin stansiyanın fəaliyyəti nəticəsində yaranmış radioaktiv tullantıları heç bir təhlükəsizlik standartlarına riayyət etmədən Azərbaycanın işğal edilmiş ərazilərində basdırmaları və sularla axıtmaları regionun təhlükəsizliyini ciddi təhdid altına aldığını bildirdi.
Partiya sədri, müvcud təhlükənin Ermənistan hakimiyyətinin gəlir mənbəyi, Rusiyanın isə təhdid vasitəsi olması barədə faktlar sadaladı.
Bu və digər faktlarla bağlı F.Quliyevin həmin verilişdəki çıxışının videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed