Şrift:
Sepah rəsmisi:Raket hücumundan müdafiə sisteminə qarşı lazım olan bütün tədbirləri görmüşük”
10.04.2012 [16:32] - Gündəm
İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) Hava və Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə aprelin 9-da jurnalistlərə açıqlamasında Fars körfəzi ətrafındakı ərəb ölkələrində quraşdırılan raket hücumundan müdafiə sistemindən danışıb.

Məlumata görə, Əmirəli Hacızadə deyib: “Amerikanın raket hücumundan ilk müdafiə sistemi Türkiyədə quraşdırılıb. İkinci sistem isə Fars körfəzində ərəb ölkələrinin pulu ilə quraşdırılıb. Aparılan bütün araşdırmalar göstərir ki, bu sistemlər yalnız İsrailin təhlükəsizliyinin qorunması üçündür. Ərəb ölkələrinin pulu ilə İsrailin təhlükəsizliyini qorumaq istəyirlər. Lakin biz bu sistemlərin quraşdırılmasından nigaran deyilik və raket hücumundan müdafiə sisteminə qarşı lazım olan bütün tədbirləri görmüşük”.
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed