Şrift:
Azərbaycanlılar Yekaterinburqda məscid inşa edəcəklər
09.02.2017 [10:26] - Gündəm, İslam dini
Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi "Azərbaycan" regional ictimai təşkilatının vilayətin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Nazirliyinə (DƏİEN) qarşı qaldırdığı iddiasını təmin edib.
İddia Yekaterinburqun Repina küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlı olub.
2011-ci ildə "Azərbaycan" təşkilatına müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa etmək üçün 2008 kv. metr torpaq sahəsi ayrılıb. İcarə müqaviləsi Yekaterinburq administrasiyası ilə bağlanıb. Məscidin ənənəvi qaydada – minarələrlə tikilməsi planlaşdırılırdı. Onun ərazisi 1,4 min kv. m təşkil etməli idi. Lakin 2016-cı ildə meriya tikinti icazəsinin alınmadığını, ərazidə tikintinin getmədiyini və icarə borcunun 9 min rubl (Təqribən 150 dollar) təşkil etdiyini əsas gətirərək sahənin geri qaytarılmasını tələb edib.
Yekunda DƏİEN icarə müddətinin uzadılmasından imtina edib.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed