09.02.2017 [10:37] - İdman
Bu gün qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Rəqib Fransa "Sent-Rafael"i olacaq.
İki komanda artıq IV tur çərçivəsində Fransada üz-üzə gəliblər ki, bu da oyunların yerinin dəyişdirilməsi ilə əlaqədardır. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən "Azərreyl" bu dəfə də qələbə qazanacağı təqdirdə, "pley-off" mərhələsinə vəsiqə əldə edəcək. Famil Ağayevin baş məşqçi olduğu komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Fransa klubuna uduzsa belə, pley-off şansını itirməyəcək.
Çempionlar Liqası
C qrupu, III tur
9 fevral
18:00. “Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa)
Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)
Bakı. “Azərreyl” Voleybol Mərkəzi
Xal durumu: 1."Fənərbağça" (Türkiyə) - 9, 2."Azərreyl" (Azərbaycan) - 6, 3."Dabrova Qornitsa" (Polşa) - 3, 4."Sent-Rafael" (Fransa) - 0.
Qeyd edək ki, Çempionlar Liqasında A qrupunda yer alan Azərbaycanın digər təmsilçisi "Telekom" yanvarın 8-də İtaliyanın "Modena" klubuna uduzmaqla pley-off mərhələsinə vəsiqə şansını əldən verib.

Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |