Şrift:
Baş nazir: "Monteneqronun IAP-ın tikintisində iştirakda böyük marağı var"
09.02.2017 [10:37] - İqtisadiyyat
Monteneqronun İon-Adriatik Qaz Kəmərinin (IAP) tikintisi layihəsində iştirak etməkdə böyük marağı var.
Bunu bu ölkənin baş naziri Duşko Markoviç Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənovla görüşdə bildirib.
Baş nazir bu il Azərbaycana rəsmi səfərə dəvəti qəbul edib. Baş nazir Azərbaycan və Montenqero arasındakı hazırkı əməkdaşlığı çox uğurlu qiymətləndirib və Portnovi turizm kurort layihəsinin həyata keçirilməsi, eyni zamanda Azərbaycan bankının Montenqeroda açılmasından məmnuniyyətini ifadə edib. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafı da müzakirə edilib.
Səfir isə Azərbaycan investorlarıının Monteneqroda bir neçə yeni layihədə iştirak etməkdə, eyni zamanda turistlərin bu ölkəyə səfər etməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğunun 516 km olması planlaşdırılır. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur.
Ötən ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə Anlaşma Memorandumu imzalanıb.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed