09.02.2017 [14:45] - Mədəniyyət
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı rejissor Teymur Bəkirzadənin çəkdiyi “Yol əhvalatı” kinokomediyası özbək dilinə dublyaj olunub.
Daşkənddəki “Ramsel-film” studiyası tərəfindən dublyaj olunan bu ekran əsərini orijinaldan özbək dilinə yazıçı və jurnalist Rüstəm Cabbarov tərcümə edib.
Dublyajda Sayfullo İkramov, Sanobar Sadiqova, Sardorxan Abdumannanov, Azamat İrgaşov, Oçilbek Hamidov, Tursunali Eminov, Bahodir Qoçqara, Lola İrgaşova kimi Özbəkistanın xalq və əməkdar artistləri iştirak ediblər.
Qeyd edək ki, keçmiş SSRİ dövründə özbək dilinə dublyaj olunmuş “Arşın mal alan”, “O olmasın bu olsun”, “Qayınana”, “Əhməd haradadır?”, “Nəsimi” kimi bədii filmlərimiz müntəzəm olaraq bu ölkənin televiziya kanallarında nümayiş etdirilir.
AMM-in layihəsi ilə 2016-cı ildə isə “Bəxt üzüyü” kinokomediyası özbək dilinə dublyaj olunmuşdu.
Yeni dublyaj olunan filmlərin Özbəkistanın televiziya kanallarında nümayiş etdirilməsi üçün danışıqlar aparılır.
Qulu Kəngərli

Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |