Şrift:
Gürcüstan və Azərbaycan arasında sərnişindaşıma ilə məşğul olanlara icazə blankları veriləcək
09.02.2017 [14:45] - İqtisadiyyat
Gürcüstan və Azərbaycan ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ icazə blanklarının tətbiqi, ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yükdaşımaları üçün tələb olunan icazələrin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.

Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, fevralın 9-da Azərbaycan Respublikası ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yükdaşımaları sahəsində əməkdaşlığın inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzalanıb.

Gürcüstan və Azərbaycan ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ icazə blanklarının tətbiqi, ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yükdaşımaları üçün tələb olunan icazələrin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed