Şrift:
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək
09.02.2017 [14:50] - Gündəm, İqtisadiyyat
Fevralın 17-də İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.
"Azpromo”dan verilən məlumata görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gaxaria və digər şəxslərin (rəsmi və iş adamları) iştirakı gözlənilir.
Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.
Azərbaycanın nümayəndə heyətinin tərkibində İstanbul səfərində iştirak etmək istəyən sahibkar və şirkətlərdən tədbirdə onları təmsil edəcək nümayəndələrinin adını, soyadını və vəzifəsini qısa müddət ərzində “Azpromo”ya (tel.: (012) 598 01 47/48 (daxili: 123, 119), e-mail: anuriyev@azpromo.az) bildirmələri xahiş olunur.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed