10.04.2012 [17:34] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəallar Murtaza Əvəzpur və Həsən Rəncbər mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar. Hər biri 20 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılan fəallar Murtaza Əvəzpurun atası mərhum Sadiq Əvəzpurun yas mərasimi ilə bağlı türk dilində yazılmış Bildirişləri yayarkən Təbrizdə həbs olunmuşdular. Onlar ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 7 gün işgəncələr altında saxlanıldıqdan sonra sərbəst buraxılıblar.Məlumata görə, adını çəkdiyimiz güney azərbaycanlı fəalların həbs olunma səbəbi ilə onlara qarşı irəli sürülən ittihamlar arasında heç bir məntiqi əlaqə yoxdur.
Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |