Şrift:
"Hacı Zeynalabdin Tağıyev klubu"na qeydiyyat davam edir
10.02.2017 [11:17] - Mədəniyyət
2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir. Tarix muzeyindən verilən məlumata görə kluba üzvü olmaq üçün heç bir ödəniş tələb olunmur.

Qeyd edək ki, "H.Z.Tağıyev klubu"nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir.Klubda səkkiz mövzudan ibarət məşğələlərin keçirilməsi planlaşdırılır. Birillik kursun sonunda klubda keçiriləcək məşğələlərdə aktiv iştirak edən üzvlər hədiyyə və sertifikatla təltif olunacaqlar.

Məlumat üçün qeyd edək ki, klubun bu il ilk məşğələsi 11.02.2017-ci il tarixində saat: 12:00-da baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed