Şrift:
Ermənistanda vətəndaşların hakimiyyətdən narazılığı getdikcə artır
11.02.2017 [11:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda sosial gərginlik gündən-günə artır. Hökumət binası qarşısına toplaşan bir qrup vətəndaş hakimiyyətdən onların problemləri ilə maraqlanmağı tələb edib. Aksiya iştirakçılarına fəaliyyəti dayandırılan Nairit kimya zavodunun işçiləri də qoşulublar.

“Haykakan Jamanak” qəzetinin məlumatına görə, sakinlər evlərinin təmiri ilə bağlı dəfələrlə şəhər merinin qəbulunda olublar. Verilən vədlər isə illərdir həllini tapmır. Sakinlər deyirlər ki, sovet dövründə tikilən binalar artıq yaşayış üçün tam yararsızdır. Təcili təmir işləri aparılmasa, hər an qəza baş verə bilər.

Bu insanlar həm də işsizlikdən təngə gəliblər. Ermənistanda hər il dərinləşən iqtisadi böhran olan-qalan iş yerlərinin də bağlanması ilə nəticələnib. Ötən ilin sonlarında ölkənin ən böyük kimya zavodunun iflası elan olunub.

Şüşə zavodunun 60 əməkdaşı da eyni vaxtda hökumət binası qarşısında etiraz aksiyası keçirib. İki il altı aydır əməkhaqlarının verilməsi üçün mübarizə aparan bu insanlara da hər dəfə vədlər verilir. Artıq bu cür yaşamaqdan yorulduqlarını deyən Ermənistan vətəndaşları hökumətdən onların problemlərinin həll olunmasını tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed