Şrift:
Şah İsmayılın Nəsimidən ruhlanaraq yazdığı ŞEİR: Ey müsəlmanlar…
11.02.2017 [11:35] - Gündəm, Mədəniyyət
İdeoloji düşmənlərimiz böyük hökmdarımız Şah İsmail Xətaini tənqid etməyə cəhd edirlər.
Bu geri zəkalılara onun şerlərini oxumagı məsləhət görürəm. Böyük ehtimalla dahi şairimiz Nəsimidən ruhlanaraq yazmışdır.
Muxtar Mustafayev

ŞAH İSMAYIL XƏTAİ
Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır,
Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır.
Ayrılır ol yari-sǝrdarım, gedir, qoymuş mǝni,
Sǝd hǝzaran dadü bidad, bǝnddǝn can ayrılır.
Ey könül, fǝryadü nalǝ vaxtıdır, eylǝ fǝğan,
Şimdi şǝhrindǝn sǝnin ol şahi-sultan ayrılır.
Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,
Şol ǝzǝldǝn yari-hǝmdǝm, ǝhdü peyman ayrılır.
Gözlǝrim, hǝr dǝmdǝ mövc eylǝ ki, firqǝtdir bu gün,
Tök sǝdǝflǝr dürri kim, şol gövhǝri-kan ayrılır.
Dust vida eylǝr mǝnimlǝn ağlaram mǝn zar-zar,
Gözlǝrimdǝn hǝr zaman gör Bǝhri-Ümman ayrılır.
Ey Xǝtai, tanrı sorsun bu şikǝstǝ könlümü,
Zǝrd olubdur arizin, candan mǝgǝr qan ayrılır?

İMADƏDDİN NƏSİMİ
Ey müsəlmanlar, bugün ol yari-pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,
Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır.
Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır.
Taqətim, səbrim tükəndi,yarsız mən neylərəm?
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.
Məhşəri-yovmül-hesab qopdu qiyamət başıma,
Ey Yusif surətli, məndən piri-Kənan ayrılır.
Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə “nəhnü qəsəmna” çün əzəldən ayrılır…
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed