Şrift:
Güney Azərbaycanlı fəalların həbs müddəti uzadılıb
11.04.2012 [11:47] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanlı fəallar Mehrdad Kərəmi, İbrahim Rəşidi (Savalan), Əfşin Şəhbazi, Ruzbeh Səadəti və Məhəmməd Əhədi hələdə həbsdə saxlanılırlar.Onların saxlanılma müddəti Təbrizin prokuror (dadistan) müavini Haşimzadə tərəfindən uzadılıb.Qeyd edək ki, Mehrdad Kərəmi 2011-ci il dekabrın 24-ü (1390-cı il deyin 3-ü), İbrahim Rəşidi və Əfşin Şəhbazi 2012-ci il yanvarın 23-ü (1390-cı il bəhmənin 3-ü) və Ruzbeh Səadəti və Məhəmməd Əhədi 2012-ci il yanvarın 24-ü (1390-cı il bəhmənin 4-ü) Təbriz, Miyana və Ərdəbil şəhərlərində tutuqlanıblar.Adını çəkdiyimiz azərbaycanlı fəalların vəkili və özləri çıxarılmış qərara etiraz ediblər.
Bu xəbər oxucular tərəfindən 1325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed