12.02.2017 [15:57] - Gündəm, Gənclik, Mədəniyyət
Bir kimsəsiz ada vardı. Bu adanın sakinləri ya yerli-dibli olmamışdılar, ya da sonradan hansısa faciəvi möcüzə nəticəsində yox olmuşdular...
Adanın bir köşəsində bir cüt ağac arasında bir cüt skamya vardı. O skamyalar elə görünüşündən qəribə idi. Sanki, sanki baxdıqca adama nə isə demək istəyirdi...
Qəlbi dolu idi bu kimsəsiz adanın. Həm də elə ki, bu dəqiqə bir həzin musiqi səslənsə, hər hansı gözəl melodiyalı bir vals çalınsa, qalxıb insan kimi rəqs edəcəkdi. Özü də elə-belə deyil, capcanlı, içdən, böyük sevgi və ehtiras hissiylə...
Hərdən uzaqlığından iri səyahət gəmiləri keçirdi və sərnişinlərdən onunla maraqlanan da olurdu. Amma nədəndir, bilinməz, kimsə hələ bu vaxta kimi cürət edib ona yaxın gəlməmişdi. Sanki bu kimsəsiz adanın ruhunu, dərin iztirablarını və başına gələn dəhşətli faciəni duyurdular. Elə bil ona baxan hər insanı özü bilərəkdən itirdi bu tənha və kədərli ada...
Ancaq bir dəfə necə oldusa, bir inadkar yazar cəsarət edib ona yan aldı. Yeni romanı üzərində düşünməyə özünə vaxt ayırmışdı və ona məhz belə bir tənha yer lazım idi. Ayaqları torpağa basan ilk andan ilhamlanan yazar ürəyində bu ada ilə bağlı bir neçə cümlə işlətdi:
- Duyuram. Bəli. Dərinliyindəki o ehtirası da, eşqi də, həsrəti də və nəhayət, faciəni də...
Yazar yanılmamışdı. Əsla. Adanın dərinliyində gizli bir həqiqət vardı. O həqiqət ki, bəlkə də heç vaxt açılmamalıydı. Çünki açılsaydı, özüylə birlikdə yenidən bir neçə insanı kədərləndirəcək, dəhşətə gətirəcək və həyat haqqındakı bütün nikbin düşüncələrini alt-üst edəcəkdi. Məhz buna görə, ada sirrinin açılmasını istəmirdi. Amma yazar yaman inadçı idi. Və bu inadçılığı keçən hər saniyə onu adaya daha çox bağlayırdı.
Bir həftə adada qalan yazar yavaş-yavaş buraya uyğunlaşmağa, ilk gəldiyi andan içini bürüyən qəribə vahimə hissindən azad olmağa başlamışdı ki, haqqında az əvvəl söz etdiyimiz o məşhur cüt skamyaya sarı gəldi. Və beləcə hər şey – adanın bütün sirri də çözüldü...
Onlar bir kiçik qəsəbədə məskunlaşmış şirin cütlük idilər. Arzuları, xəyalları da olduqca sadə idi. Sadəcə və sadəcə birlikdə xoşbəxt olmaq istəyirdilər. Ona görə, hər ikisi evlənən kimi öz ailələrindən, yaşadıqları mühitdən uzaqlaşmaq, toplumun bütün itici fikirlərindən və “qayğısından” qurtulmağa çalışdılar. Elə bu arzu, bu niyyət də onları adaya gətirib çıxardı. – deyə həmin skamyalardan birində yerini rahatlayan yazar yeni romanını belə başladı...
Toylarında klassik bəstəkarlardan birinin valsını oynamışdılar. Bu vals, sadəcə toy adəti deyildi onlar üçün, bu vals, həm də yaşanacaq böyük xoşbəxtliyin və dərin məhəbbətin müjdəçisiydi. Amma di gəl ki, oynarkən bir-birinə saf sevgi gülücükləri bəxş edən ikili zalım sonluqdan xəbərsiz idilər...
İndi burada – bu qoşa ağacın arasında, qoşa skamyaların birində oturan yazar dərin fikrə getmişdi. Çox düşündü. Amma bu adada baş verən faciənin ruhunu duysa da, hələ ki özünü mənimsəyə bilməmişdi, deyəsən, belə getsə uzun müddət bir şey anlamayacaqdı da...
Qızın atası nüfuzlu əyalət rəhbəri idi. Və onun üçün ailəsinin xoşbəxtliyindən daha çox, bu günkü şöhrəti, əhali üzərindəki hakimiyyəti və əlbəttə ki, bütün insanlığı qarmağına keçirmiş, əsrlərdir kölə etmiş külli miqdarda pul... Heç cür razı ola bilmirdi, niyə qızı, “onun” qızı qonşuluqdakı, qohumluqdakı “asil” nümayəndələri deyil, tamam uzaq məmləkətdən gələn, füqara (kasıb) bir kişini seçmişdi. Atalıq duyğusu heç, indi eqoist əyalət rəhbərini maraqlandıran və düşündükcə qıcıqlandıran yalnız bir şey vardı – baxışlarıyla daim aşağıladığı, danışıq tərziylə əzdiyi, nəhayət, pulu ilə məhv etməyə çalışdığı bu aşağı təbəqənin adamı ondan, hətta bütün çevrəsindəki kişilərdən daha yaraşıqlı və ləyaqətli idi. Yaraşığı da dursun bir yana, o, heç vaxt heç bir zəngin kimi nəyinsə, elə götürək başda pulun, bəli, “cənab pulun” qarşısında əyilməmişdi...
İndi yazdıqca maraqlı fikirlərə qərq olan yazar bu kimsəsiz adanın bütün tərəfini gəzmək, onu bütün incəlikləriylə öyrənmək istəyirdi. Onda duyduğu ehtiras, yazarı yaman ovsunlamışdı və o, bu ehtirasın qaynağını, əsas da hekayəsini öyrənmədən əl çəkməyəcəkdi. Əl çəksəydi, nə vaxtsa bezsəydi, o zaman ruhunu, yazarlıq istedadını itirə bilərdi, özü də həmişəlik... Axı bütün incəsənət adamları kimi yazarlar da çox qəribə və inadkar olurlar. Bu inadkarlıq tədricən onları digər adi insanlardan fərqləndirir və özəl edirdi. Bu özəlliksə tarixə düşməyə, ölümündən sonra əbədi yaşamağa bir vasitəydi, həm də vazkeçilməz, əldə olunması haradasa mümkünsüz olan vasitə...
Toydan bir gün qabaq atası onu son dəfə təhdid etmişdi. Bu təhdid, sevgilisinə qovuşmağa tələsən gənc qız üçün nə qədər önəmsiz olsa da, atasından, canından çox sevdiyi anasından birdəfəlik ayrılacağı üçün onu çox qorxutmuşdu. Amma nə etmək olar, həyatın ona biçdiyi rol da bu idi. Çarəsiz qızcığaza sadəcə səhnəyə çıxıb oynamaq qalırdı. Bütün olanları özündə yaşadan, dərin həyat eşqiylə köklənmiş vals isə elə hey həzin-həzin səslənirdi...
Hələ bunlar harasıydı. Hekayənin əsas dönüş nöqtəsi o idi ki, bu məsum cütlüyün saf, ilahi eşqinə qarşı dayanan bir nəfər də vardı. Həm də onları ölümünə ayırmağa and içmiş, qəddar, miskin bir “insan”... O da guya qızı sevirdi. Özü də dəlicəsinə. Amma məsələ burasındaydı ki, qız ona heç vaxt, adi bir salam da veməmişdi, qaldı ki hər hansı gülümsəmə, hər hansı gələcək xəyalı, sevgi ümidi...
Yazar durmadan yerində vurnuxur, romanın əsas süjetini, necə deyərlər, bu kimsəsiz adanın “taleyini” qurmağa çalışırdı. Bir qədər düşündükdən sonra günlərdir mürəkkəbə batmış əllərini, yazmaqdan incinmiş barmaqlarını, qızarmış, yorğun gözlərini istirahət üçün rahat buraxdı... Amma bir şeyi – durmadan adanı düşünən beynini dayandıra bilmədi. Dalbadal üç gün yatan yazarın beyni yuxuda belə düşünürdü. O da deyəsən, inadkar yazartək sirli mətləbləri açıqlığa qovuşdurmadan rahatlamayacaqdı, həm də heç...
Toydan sonra məsum cütlüyü hər an izləyən miskin və eqoist “aşiq” qızın atasını özünə xas yaltaq hərəkətləri, davranışları və özü qədər ucuz hədiyyələriylə ələ ala bilmişdi. Məhz ona görə idi ki, şəxsiyyətcə asillikdən xəbərsiz olan əyalət rəhbəri nəyin bahasına olursa, olsun, hətta qız sevdiyindən uşağa qalsa da belə, qızı ondan ayırmağa və bu özü kimi alçaq, yekəxana “aşiq”-ə verməyə hazır idi...
Toy gecəsi çox möhtəşəm keçmişdi. Tanrının sevdiyi iki bəxtəvər bəndəsi bu gün bir-biriylə sözün bütün mənalarında qovuşmuş, arzularına, uzun zamandan bəri gözlədikləri vüsala çatmışdılar... Di gəl ki, hər an ağın yanında qara da var və bu qara daima ağı ləkələməyə, onu içində bütünlüklə udmağa çalışır... Bu gecə də onlara açıq qalmış pəncərən tamaşa edən xəstə “aşiq”, o qaranın elə özüydü ki var...
Niyə belə olur, görəsən?... Niyə, həyatda xoşbəxt ola bilməyən xəstə ruhlu insanlar bədbəxtliklərinin səbəbini özlərində, həyatda acımadıqları məsum insanların gözyaşlarında deyil, xoşbəxt olmağa çalışan və ruhən həqiqətən xoşbəxt olan kimsələrdə axtarırlar?... Niyə?... Axı niyə?... Bəlkə də bu sualın cavabını Tanrı bilir, kimini xoşbəxt, kimini bədbəxt yaradan Uca Varlıq...
Bu adada olduqca gözəl həyat yaşayan ikili duyuqları möhtəşəm eşqdən və birlikdə keçirdikləri saysız-hesabsız əsrarəngiz anlardan başqa heç nə düşünməmiş, elə ona görə də ölüm kimi, qorxulu bir kölgətək onları daim izləyən mənfur şəxsin varlığından xəbərsiz idilər... Bir gün adadan qısa müddətə uzaqlaşmağa və hər çılğın insanın arzuladığı dünya səyahətinə çıxmağa hazırlaşan aşiqləri inadkar yazarın sonunda düşünüb tapdığı dəhşətli faciə gözləyirdi. Özü də səbirlə, heç bir yerə tələsmədən...
Bu qoşa ağacın arasında düzəldilmiş qoşa skamya, xoşbəxt cütlüyün şirin xəyallarının və tezliklə doğulacaq şirin balalarının nişanəsiydi. Qız belə istəmişdi. Zaman-zaman onların ailəsi böyüyüb-çoxalacaq deyə. Üzü dənizə doğru olan skamyaların birində uzun illər sonra yaşlansa da, öz təravətini itirməmiş xoşbəxt, şirin ata-ana, digərindəsə sevimli balalarının yeni yaranacaq ailəsi oturacaqdı. Bütün boş vaxtlarını, ən xoş günlərini burada keçirəcəkdilər. Ən əsası, birlikdə gün batımını, burada oturaraq, bir-birinə yaslanaraq izləyəcəkdilər. Beləcə, bir xoşbəxt ailə də dünyaya öz töhfəsini, əsil firavanlıq müjdəsini verəcəkdi. Həqiqi mutluluğu bəxş edəcəkdi...
Zalım fələk, qəddar tale, zülmkar alın yazısı hər zaman sonda – həyat tamaşası, “ömür pyesi” bitmədən salonun ta qabaq cərgəsində öz yerini hazırlayır. Bu dəfə də bilet almağı unutmamışdı. Həvəslə, böyük ehtirasla finalı izləyəcəkdi...
Səyahət gəmisi yaxınlaşanda sevinclə ona minməyə tələsən cütlüyü, arzuolunmaz biri qarşıladı, həm də miskin, murdar simasıyla birlikdə...
Silah gücüylə, özüylə gətirtdiyi, qəpik-quruşla tutduğu şəxsiyyətsiz adamlarının zorbasıyla da razılaşmayan qadın, həyatın ağır şilləsini yeyərək bir anda yetkinləşsə də, ən yaxın məsafədən gicgahından aldığı güllə yarasıyla yerindəcə keçinən ərinin ölümündən sonra da təslim olmadı. Son nəfəsinədək mübarizə apardı. Nəhayət, bu əzazil çarpışmada gözlərini itirən qəddar “aşiq”, adamlarının köməyilə öncə qızı elə sahildəcə, onlara doğru uzaqdan baxan qoşa skamyanın və qoşa ağacın gözü qarşısındaca zorladı. Bununla ona, azad ruhuna sahiblənmək istədi, amma qızın nifrət dolu və təhqiredici baxışlarının qarşısında dözə bilməyib, öz xəstə eqosuna yenildi, sonda qızı – ilahi gözəlliyə sahib olan mələk simalı insanı boğaraq öldürdü... Geri dönüb qızın atasına, qarşısında hər mənada alçaldığı əyalət rəhbərinə cavab verə bilməyəcəyi üçün gəmiylə birlikdə bilinməzliyə doğru gözdən itdi. Əbədi olaraq insanlardan uzaqlaşdı...
Yazar bitkin düşmüşdü. Ağlamaqdan gözləri şişmiş, əlləri qabarlamış, beyni durmuşdu...
Zorlanan məzlum gözəlin bətnindəki, hər şeydən, bütün çirkinliklərdən, fani qayğılardan uzaq olan çağa da o andaca anasıyla birlikdə haqqa qovuşdu...
Əvvəldən axıradək durmadan səslənən sirli vals da sonda Karl Orf-un “O fortuna...” əsəriylə əvəz olundu və yer üzü göylə birlikdə dərin qaranlığa qərq oldu...
Beləcə “Kimsəsizlər adası və heç kimlik vals” romanını bitirdi, günlərdir bu adada ruhən qeyb olmuş və bir neçə günün içində xeyli yaşlanmış inadkar yazar...

Elşən İsmayıl
14 yanvar 2017
14 yanvar 2017
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |